kriminal.az
"Onlara elə gəlir ki, çoxvektorlu siyasət yürüdürlər"

Rusiya Ermənistanın müxtəlif istiqamətlərdə balans yaratmaq istəyini görür və onun Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasını izləyir.

Kriminal.az ” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Amma eyni zamanda onlar (Ermənistan - red.) ŞƏT-də maraqlıdırlar. Yəni, onlara elə gəlir ki, çoxvektorlu siyasət yürüdürlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl ölkənin KTMT-də iştirakının dondurulmuş olmaqdansa, onun tərkibindən çıxmasını daha çox ehtimal etdiyini bildirmişdi.

Peskov “Mayak” radiostansiyasına verdiyi şərhdə qeyd edib ki, bu, Ermənistanın suveren məsələsidir.

Top
0.058076143264771