Məşhur UFC döyüşçüsü Rafael Fiziyev İraqın Kərbəla şəhərinə səfər edib.
Kriminal.az xəbər verir ki, o, “Hacı Şahin Dostları” tərəfindən qurulan xeyməni (çadır) ziyarət edib.
Hər il Ərbəin günü milyonlarla zəvvar dünyanın müxtəlif ölkələrindən Kərbəla şəhərinə İmam Hüseynin ziyarətgahına piyada gedirlər. Ziyarət marşrutu boyunca qurulan çadırlar, piştaxtalar və digər dayanacaqlarda zəvvarlara pulsuz ərzaq paylanır, içkilər təklif olunur və müxtəlif xidmətlər göstərilir.
“Hacı Şahin Dostları” xeyməsi də həmin xidmət nöqtələrindən biridir və bu il ziyarətçilər arasında Rafael Fiziyev də yer alıb.
O, xeymədə İmam Hüseyn zəvvarlarına xidmət göstərib.