kriminal.az
Bu dövlət qurumu yenidən təşkil edilə bilər

“Azərişıq” ASC bir sıra təsərrüfat subyektlərinin onun strukturuna daxil edilməsi ilə yenidən təşkil edilə bilər.

Kriminal.az -ın “APA-Economics”ə istinadən məlumatına görə, bununla bağlı, ASC-ə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən razılıq verilib.

Qeyd edək ki, ““Azərişıq” ASC-nin fəaliyyətinin təşkili haqqında” Prezidentin Sərəncamına əsasən, Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib. Cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.

Top
0.064049959182739