ABŞ-nin "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi zədəsini sağaldıb.
Kriminal.az "Report"a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xavyer Maskerano açıqlama verib.
Mütəxəssis təcrübəli oyunçunun durumunun yaxşı olduğunu bildirib:
"O, artıq komanda ilə məşq edir. Gözlənilməz heç nə baş verməsə, növbəti matçda heyətdə olacaq".
Qeyd edək ki, "İnter Mayami" MLS-nin növbəti turunda "Los-Anceles Qelaksi" ilə üz-üzə gələcək. Avqustun 17-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 03:30-da start götürəcək.