kriminal.az
 Anar Bağırov: “İlk dəfə Naxçıvan MR-in Vəkillər Kollegiyasına qəbul keçiririk”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına qəbul keçirilir. Bu da namizədlərin 17 faizini təşkil edir”.

“Report” xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov Dövlət İmtahan Mərkəzində Vəkillər Kollegiyasının üzvlüyünə namizədlərin növbəti seçim prosesində deyib.

“Ümid edirik ki, imtahandan uğurla keçən namizədlər Naxçıvanda fəaliyyətlərini davam etdirəcək və beləliklə, muxtar respublikada olan vəkil azlığı aradan qalxacaq. Gələcəkdə də bu imtahan müntəzəm keçiriləcək. Həm Bakıda, həm də regionda yaşayan vəkilləri bu imtahanlarda iştirak etməyə dəvət edirik” - deyə, o bildirib.

Top
0.076133012771606