kriminal.az
Lənkəranda uşaq bağçasının binası qəzalı vəziyyətdədir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən körpələr evi - uşaq bağçasının binası qəzalı vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, 50 il ərzində binada təmir edilən yalnız dam örtüyü olub.

1973-cü ildən fəaliyyətə başlayan binada 50 il ərzində bir dəfə əsaslı təmir aparılıb, dam örtüyü dəyişdirilib. İndi bağçanın yararsız vəziyyətdə olması valideynləri və pedaqoji kollektivi narahat edir.

Məsələyə Lənkəran-Astara Regional Təhsil İdarəsindən münasibət bildirilib. Qurumun Lənkəran sektoru üzrə məsləhətçisi İranə Məhərrəmzadə mövcud vəziyyətdən xəbərdar olduqlarını və yaxın vaxtlarda yeni bağça binasının tikiləcəyini deyib.

Ətraflı süjetdə:

Top
0.11404705047607