kriminal.az
Orxan Məmmədov: “KOBİA olaraq məqsədimiz kiçik və orta biznesin rəqəmsallaşdırılmasıdır”

“KOBİA olaraq məqsədimiz kiçik və orta biznesin rəqəmsallaşdırılmasıdır”.

Kriminal.Az xəbər verir ki, bunu KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən “Inmerge” İnnovasiya Sammitində deyib.

O, rayonlarda və kəndlərdə rəqəmsallaşmanı yüksəltmək istədiklərini bildirib:

“Azərbaycanda sahibkarların 99%-i kiçik və orta bizneslə məşğul olurlar. Onlara informasiya texnologiyaları sektorunda işləmək lazımdır.

Agentlik olaraq qadın sahibkarlığının inkişafı üçün tədbirlər həyata keçirmək istəyirik. Pandemiya dövründə Azərbaycanda kiçik və orta sahibkarların 70%-i onlayn aktivliyini artırıb”. 

O.Məmmədovun sözlərinə görə, agentliyin keçirdiyi sorğular göstərir ki, sahibkarlar çox zaman mövcud dəstək proqramlarından xəbərsiz olurlar:

“Bu boşluğu aradan qaldırmaq üçün rəqəmsallaşdırma bizim strategiyamızın əsas elementidir”.

Top
0.075667142868042