kriminal.az
Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb - FOTO

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb.

Kriminal.Az-ın məlumatına görə, püşkatmadan sonra I turda üz-üzə gələcək komandalar bəlli olub.

Tədbir iştirakçılarına Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnir, həmçinin Çempionlar Liqası, Avropa Kuboku, Bizned Kuboku və Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş dünya çempionatı ilə bağlı videoçarxlar göstərilib.

Daha sonra baş katib Orxan Hüseynov komandalar haqqında məlumat verib. Bundan başqa, Azərbaycan millisinin üzvü Rəvan Kərimov 2023-cü ilin ən yaxşı oyunçusu adına layiq görülüb

Minifutbol üzrə Azərbaycan çempionatı

I tur

“Abşeron” - “Birbaşa”

“Real” - “Atəşgah”

“Dinamo” (Gəncə) - “Siyəzən”

“Dirçəliş” - “Aznur”

“Veteran” - “Baku Fire”

“Zirə” - “Odlar Yurdu”

“İnter” - “Sumqayıt”

“Turan” - “Qalaksi Şuşa”

Qeyd edək ki, dekabrın 5-də start veriləcək Azərbaycan çempionatında 16 komanda mübarizə aparacaq.

Daha çox şəkil burada: PhotoStock.az

Top
0.084980010986328