kriminal.az
Dilan Polatın köməkçisi saxlanıldı - FOTO/VİDEO

Çirkli pulların yuyulması və digər ittihamlar üzrə həbs edilən türkiyəli iş adamı, fenomen Dilan Polatın köməkçisi Şüle kimi tanınan Şaklo N. deportasiya edilir.

Fenomenin Şüle adlı özbəkistanlı əməkdaşının həbsdə olan Dilan Polatın evinə öz ölkəsindən iki qohumunu yerləşdirdiyi iddia olunub. Polis bununla bağlı hərəkətə keçib və Dilanın evində yoxlama zamanı Şaklo K. və Nərgiz K. adlı iki nəfəri saxlayıb.  

Araşdırmalar zamanı Şaklo K.-nın yaşayış icazəsinin bitdiyi, Nərgiz K.-nın isə 9 ay əvvəl turist vizası ilə daxil olduğu və ölkədə qaçaq yolla qaldığı müəyyən edilib.

Nəzarət altına alınan şəxslərin lazımi prosedurlardan sonra deportasiya olunmaq üçün Selimpaşa Geri Göndərmə Mərkəzinə təslim ediləcəyi məlum olub.

Mənbə: Takvim.com

Top
0.10578584671021