“Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% çox - 15 milyard 337,7 milyon manat vəsait daxil olub”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“O cümlədən, son bir ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 18,9% artaraq 9 milyard 15,8 milyon manata çatıb.
Ölkəmizdə aparılan səmərəli vergi siyasəti qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının yüksək dinamikasını təmin etməklə dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verir”, - deyə nazir əlavə edib.
Bu ilin 11 ayında Dövlət Vergi Xidmətinin (@vergiler) xətti ilə dövlət büdcəsinə #vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 15 mlrd. 337,7 mln. ₼ olub. Bu müddətdə #qeyrineft-qaz sektorundan #vergidaxilolmaları isə ötən ilin müvafiq dövrü ilə… pic.twitter.com/TNKRVhdg7q
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 11, 2023