Almaniya İsrailə silah tədarükünü dondurmağı qərara alıb.
Kriminal.Az xəbər verir ki, bu barədə Almaniya Federal Maliyyə Nazirliyinə yaxın mənbəyə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, Berlin Təl-Əvivin silah tələblərini rədd edir, lakin HƏMAS-ı maliyyələşdirən Qətərə ağır silahlar satmağa davam edir.
Qeyd edək ki, bundan əvvəl BMT Baş Assambleyası İsrailə silah və hərbi texnikanın tədarükünə embarqo qoyulmasına dair qətnaməni təsdiqləyib.