kriminal.az
Moldova 2024-cü ilin sonuna qədər MDB-dən çıxacaq

“Moldova 2024-cü ilin sonuna qədər Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq”.

Bu sözləri Moldova parlamentinin xarici siyasət və Avropaya inteqrasiya komissiyasının rəhbəri Doyna Qerman deyib.

“Biz bu yaxınlarda müdafiə və təhsil sektorlarında üç sazişi ləğv etdik. Demək olar ki, son mərhələdəyik. 2024-cü ilin sonuna qədər prosesi başa çatdırmağı qarşımıza məqsəd qoymuşuq”, - deyə o bildirib.

Komissiya rəhbəri qeyd edib ki,  MDB-ni tərk etmək Moldova iqtisadiyyatına təsir göstərməyəcək.

Mənbə: Sputnik Moldova

Top
0.22840595245361