kriminal.az
III Çarlzın kirayəçilərinə pişiklə bağlı qəribə şərtin səbəbi açıqlandı

Böyük Britaniya kralı III Çarlz uzun illərdir ki, pişik sahiblərinə mənzil kirayə verməkdən imtina edib.

Bildirilir ki, qadağa monarxın mərhum anası Kraliça II Elizabet tərəfindən qoyulub. O, pişiklərin mülkün quşlarını ovlayacağından qorxurdu.

Bunun əksinə olaraq 75 yaşlı III Çarlz bağ evlərini itləri olan təbəələrinə icarəyə verir.

Qeyd edək ki, kirayəçilər əmlakı minimum 12 ay icarəyə götürməlidirlər. Müqavilə bağlandıqdan sonra onlara təkcə yaşayış sahəsinə deyil, həm də qarajlara və yardımçı tikililərə çıxış imkanı verilir.

Mənbə: News.ru

Top
0.29358196258545