kriminal.az
Məşhur aktyordan tənha təqaüdçülərə xoş sürpriz - FOTO

Britaniyalı aktyor Hyu Qrant London səlahiyyətlilərinə Milad bayramını tənha qeyd edən 500 nəfər yaşlı yerli sakin üçün xeyriyyə naharının təşkilində kömək edib.

Aktyorun gəlişi nahar iştirakçıları üçün sürpriz olub.

Qrant bir çoxları ilə fotoşəkillər çəkdirib, söhbət edib və təşkilatçılara yemək paylamaqda yardımçı olub.

Məlumata görə, builki xeyriyyə tədbiri üçün 40 min funt sterlinq ianə toplanıb.

Mənbə: snob.ru

Top
0.10509514808655