kriminal.az
Bakıda avtomobil məscidin hasarına çırpıldı: Ölən və xəsarət alanlar var

Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib..

“Report” xəbər verir ki, Heydər məscidinin qarşısında Salyan rayon sakini Müslüm Elşən oğlu Saidov idarə etdiyi “KİA Rio” markalı avtomaşının idarəetməsini itirərək məscidin hasarına vurub.

Nəticədə özü müxtəlif bədən xəsarəti alıb, avtomobildə olan sərnişin Ədalət Elçin oğlu Hətəmov hadisə yerində ölüb. Bundan başqa, digər sərnişinlər Xan İlqar oğlu Şirəliyev və Nihad Ziyadxan oğlu Mehdizadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Binəqədi İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Top
0.092383146286011