kriminal.az
Məleykə Əsədova: “Qızım II kursda oxuyur, heç “Instagram”ı da yoxdur” - VİDEO

“Qızım II kursda oxuyur. Çox ağıllı, savadlı qızdır. Məktəb illərindən ingilis dilində təhsil alır, fikri xaricə getmək idi, amma mən qoymadım. Mənsiz necə gedə bilər? Heç onun “Instagram”ı da yoxdur. Qadağalar qoyan anayam. Mən belə şeylərin əksinəyəm. Heç onun məktəb illərində telefonu da yox idi. Pandemiya dövrünə qədər qızıma yalnız şənbə-bazar günləri “iPad” verirdim. Pandemiya dövründə onlayn dərslərə keçdi deyə telefon istifadə etdi. Qiymətləri yaxşı olsa, şənbə-bazar günlərimi ona həsr edirdim, arzuları həyata keçirilirdi, mükafat olaraq “iPad” istifadə etməsinə icazə verilirdi...”

Bu sözləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan “Rəngarəng” verilişində deyib.

“İndi qızımın dərsləri kompüterlə keçirilir. Mobil telefondan istifadə edir, amma nə “TikTok”, nə də digər sosial şəbəkələrdə var. Qızıma həddindən artıq güvənirəm, sadəcə, istəyirəm ki, dərslərinə daha çox önəm versin. Bəzən deyir ki, ana, uşaqlarda “Instagram” var. Deyirəm ki, yox, sən oradan nə öyrənəcəksən? Mənim fikrimcə, heç nə öyrənməyəcək. Öyrənmək istəyirsə, dərs oxusun, kitablardan öyrənsin. “Instagram”da çox mənasız xəbərlər çıxır, beş xəbər düzdürsə, altısı səhvdir. Mən də təkcə “Instagram”da varam, amma yox kimiyəm. Heç “TikTok”da da yoxam. Sənət, səhnə adamıyam. Sosial şəbəkə vasitəsilə əvvəlcədən izləyicilərimi xəbərdar edirəm ki, bu gün tamaşam var. Ev xanımı deyiləm ki, gündəlik “Instagram”da oturam...” - deyə Xalq artisti bildirib.

Top
0.11385989189148