kriminal.az
Rusiyalı məşhur reperin evi yandırıldı, özü isə müəmmalı şəkildə itkin düşdü - FOTO

Rusiyanın tanınmış reperi “Sir-J” (Sergey Bulavintsev) itkin düşüb. O, dekabrın 30-na keçən gecə yoxa çıxıb. Eyni zamanda onun evi də yanıb.

Qonşular ifaçının öldürülə biləcəyini və onun izlərini gizlətmək üçün evin yandırıla biləcəyinə inanırlar. Bu versiyanın tərəfdarları hesab edirlər ki, könüllülər və kinoloqlar cinayətin izini Rastorquyevo ərazisində ən yaxın dərələrdə axtarmalıdırlar.

Qonşuların sözlərinə görə, yanğından az əvvəl onlar Bulavintsev və naməlum kişi arasında dava səsi eşidiblər. Həmçinin qadın səsi gəlib, ancaq onun kimliyi bilinmir. Əldə olunan məlumata görə, reperi Rastorquyevo stansiyasında bilet bələdçisi görüb. O, evinin yandığını, indi maşınla Ojerelye tərəfə getdiyini deyib.

Hüquq-mühafizə orqanlarından məlumat təsdiqlənib. Bildirilib ki, o, Moskva yaxınlığındakı Vidnoyedən qatara minib, ancaq hansı istiqamətə getdiyi məlum deyil.

“Hələ də əlaqə saxlamayıb. Polis onun axtarışlarına davam edir”, - deyə hüquq mühafizə orqanlarındakı mənbədən vurğulanıb.

Bulavintsev 90-cı illərin əvvəllərində hip-hop yazmağa başlayıb. O, “Bust A.S!”, “D.O.B.”, “D.O.B. Community” qruplarının üzvü olub, həmçinin “Nonamerz” və “Yu.Q” qrupları üçün prodüserlik edib.

Mənbə: “Mash” “Telegram” kanalı

Top
0.06349515914917