kriminal.az
Efirdə qalmaqal: Flora Kərimova ilə Elza Seyidcahan barışdı? - YENİLƏNİB + VİDEO

“Elgizlə izlə” proqramında Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanıb.

Proqram zamanı mübahisə edən sənətçilərin davası Seyidcahanın mikrofonu söndürüldükdən sonra da davam edib. Sonda Seyidcahan mikrofonu yerə çırparaq efiri tərk edib. 

Proqramın üçüncü hissəsindən sonra reklam fasiləsi zamanı isə müğənnilər barışıb.

Həmin görüntüləri aparıcı Elgiz Əkbər sosial şəbəkədə paylaşıb.

Flora Kərimova videoda Elza Seyidcahana “Allaha and içirəm, sizi çox istəyirəm. Fəlsəfənizi də başa düşürəm. Bir sualım var, bədəninizin rahatlığı üçün, yoxsa düşüncənizin rahatlığı üçün belə geyinirsiniz” sualını ünvanlayıb.

Elza Seyidcahan isə cavab olaraq “Sizin qarşınızda baş əyirəm, amma düzgün cavab verəcəyəm. Məndən inciməyəcəksiniz? Əllərinizdən, ayaqlarınızdan öpürəm. Siz o vaxt Cavan Zeynallı ilə duet oxuyarkən paltarınızın bel hissəsi açıq idi, açıq-saçıq geyinmişdiniz. Sizin bədəninizin rahatlığı, yoxsa səhnə məcbur etmişdi? O zaman heç kim açıq geyinməmişdi. Siz də sənətdə böyük yeniliklər etmisiniz, çiyini, beli, sinəni açmısınız” sözlərini deyib.

Qeyd edək ki, mübahisəyə səbəb F.Kərimovanın E.Seyidcahanın geyimlərinə irad bildirməsi ilə başlayıb. O, Elzanın Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə tacda qatılmasını tənqid edib.

Həmin görüntüləri təqdim edirik:

09.01.2023, 15:44

Xalq artisti Flora Kərimova və Əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanıb.

Kriminal.Az xəbər verir ki, buna səbəb Flora Kərimovanın Elza Seyidcahanın geyiminə irad bildirməsi olub.

Belə ki, Flora xanım Elzanın Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə tacda qatılmasını tənqid edib.

“Necə geyinirsiniz geyinin, mənə dəxli yoxdur. Mənə Azərbaycan qadını kimi aidiyyəti var. Buna ixtiyarım çatır. Çünki mən sənətin sənətkarıyam. Bundan başqa, qadın və azərbaycanlıyam. Bir ara inciyib Polşaya getmişdim. Orada bir aktrisa var idi, gündəm olmaq üçün müxtəlif pozalar verirdi. O bunu məşhur olmaq üçün edirdi. Lakin məşhur olmağın keyfiyyətləri var. Bu gün bir qayınana kimi keyfiyyətsiz bir oğlana qızımı verməzdim”.

Ona cavab olaraq Seyidcahan - “Əgər sizin mənim keyfiyyətimə şübhəniz varsa, əqidəm bir olub. Siz, üzr istəyirəm, ancaq külək kimi əsmisiniz”, - deyə bildirib.

Daha sonra onun mikrofonu söndürülüb və tərəflər arasında mübahisə davam edib. Sonda Seyidcahan mikrofonu yerə çırparaq efiri tərk edib.

Daha ətraflı ARB TV-nin süjetində: 

Top
0.1317720413208