kriminal.az
AFFA İcraiyyə Komitəsinin iclası təxirə salınıb - YENİLƏNİB

AFFA İcraiyyə Komitəsinin iclası təxirə salınıb.

Bu barədə milli assosiasiya rəsmi saytı vasitəsilə məlumat yayıb.

Toplantı yanvarın 11-də Gəncədə təşkil edilməli idi. İclasın yeni tarixi hələlik bəlli deyil.

14:04

Yanvarın 11-də Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Milli assosiasiyanın rəsmi saytı xəbər verir ki, saat 14:30-da başlanacaq toplantının gündəliyinə bəzi məsələlər daxil edilib.

Bunlar AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi, aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla) və digər məsələlərdir.

Top
0.083982944488525