kriminal.az
Yakutiyada mənfi 55 dərəcə şaxtada qaçış marafonu keçirildi - FOTO/VİDEO

Yakutiyada (Rusiya) mənfi 55 dərəcə şaxtada ekstremal idman həvəskarları üçün “Soyuq Oymyakon Qütbü” qaçış marafonu keçirilib.

Yarışda ümumilikdə 38 idmançı iştirak edib.

Qalib Meqino-Xanqalas ulusundan Konstantin Draqunov olub. 

“33-cü kilometrdən sonra az qala huşumu itirirdim!” - deyə yarışdan sonra qalib təəssüratlarını bölüşüb.

24 yaşlı tələbə 42,2 kilometr məsafəni 3 saat 7 dəqiqəyə qət edib.

Mənbə: RT

Top
0.22091507911682