kriminal.az
Premyer Liqa: XX tura bu gün Tovuzda start veriləcək

Azərbaycan Premyer Liqasında XX tura bu gün start veriləcək.

Kriminal.Az-ın məlumatına görə, günün yeganə oyunu Tovuzda baş tutacaq.

“Turan Tovuz” doğma azarkeşləri önündə “Səbail”i qəbul edəcək. Hər iki komanda 2024-cü ildə ilk qələbəsini qazanmaq niyyətindədir. Qərb təmsilçisi yuxarı pillələrə yaxınlaşmaq, paytaxt klubu isə liderlər qrupuna daxil olmaq üçün qələbə qazanmalıdır.

Qeyd edək ki, turun digər oyunları yanvarın 27-28-də keçiriləcək.

Premyer Liqa

XX tur

26 yanvar

15:00. “Turan Tovuz” - “Səbail”

Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Tovuz şəhər stadionu

Top
0.084035158157349