kriminal.az
Buzdan “yetişən” göbələklər rusiyalıları heyran qoydu - FOTO

Dəniz sahili boyu buzdan göbələklər görənləri heyran qoyub.

Kadrlar Rusiyanın Amur vilayətinin Talakan şəhərindəndir.

İnanılmaz dərəcədə gözəl və qeyri-adi buz göbələkləri sahil boyu bütöv bir meşə yaradıb.

Məlumata görə, bunun yaranmasına səbəb suyun səviyyəsindəki dəyişiklik olub - Ağacların üzərində müxtəlif formalı buz parçaları qalıb, külək isə onları “yonaraq” özünəməxsus forma verib.

Sakinlər bununla bağlı sosial şəbəkələrdə möhtəşəm kadrlar paylaşıblar.

Mənbə: Vesti

Top
0.083502054214478