kriminal.az
“Qarabağ”ın rəqibi Portuqaliya çempionatında autsayderlə bacarmadı

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti oyununu keçirib.

Kriminal.Az-ın məlumatına görə, Artur Jorjenin baş məşqçisi olduğu komanda XIX turda autsayderlər qrupunda yer alan “Çaves”i qəbul edib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. Meydan sahiblərinin heyətində 52-ci dəqiqədə Rodriqo Salasar, qonaqlarda isə bundan 10 dəqiqə sonra Steven Vitoria fərqlənib.

“Braqa” 19 oyundan sonra 37 xalla dördüncü, “Çaves” isə 13 xalla 17-cidir.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.

Top
0.11669182777405