kriminal.az
Dağıstandakı zəlzələ Bakı-Novorossiysk neft kəmərinə necə təsir edib?

Dağıstanda səhər saatlarında baş vermiş zəlzələ nəticəsində Bakı-Novorossiysk neft kəməri zədələnməyib.

Bu barədə Rusiyanın “Transneft” şirkətinin rəsmi nümayəndəsi İqor Demin məlumat verib.

“Bakı-Novorossiysk magistral neft kəmərində aparılan yoxlamanın nəticələrinə görə, episentrdən 200 kilometr radiusda heç bir zədə aşkar edilməyib. Bütün qurğular normal işləyir”, - Demin bildirib.

Xatırladaq ki, Dağıstanın Aqul rayonunda 4,6 bal gücündə qeydə alınıb.

Mənbə: TASS

Top
0.17991709709167