kriminal.az
Şamaxıdakı yaşayış binasına çirkab suları dolur - VİDEO

Şamaxıda yaşayış binasının zirzəmisi və həyəti çirkaba qərq olub.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Cavanşir Balayev küçəsində yerləşən iki nömrəli yaşayış binası ötən əsrin 80-ci illərində inşa olunub. Üçmərtəbəli, 19 mənzilli binanın sakinləri antisanitar şəraitdə yaşayırlar.

Bu illər ərzində bir dəfə də olsun təmir edilməyən binanın kanalizasiya xətti sıradan çıxıb. Xüsusilə də yağışlı günlərdə binanın zirzəmisi və həyəti çirkaba qərq olub. Həmçinin bütün binanı üfunət iyi bürüyüb.

Sakinlər bildiriblər ki, binanın zirzəmisinə yığılan çirkab burada yaşayanlar üçün xeyli problemlər yaradıb. Qoxudan və rütubətdən təngə gələn sakinlər bununla bağlı aidiyyəti qurumlara bir neçə dəfə müraciət etsələr də, nəticəsi olmayıb.

Ətraflı süjetdə:

Top
0.093628168106079