kriminal.az
Rusiyada bir həftə ərzində ikinci mədən qəzası baş verib

Rusiyanın Sverdlovsk vilayətindəki “Kalinskaya” mədənində partlayış baş verib. İki şaxtaçı dağıntılar altında qalıb.

Bu barədə Severouralsk boksit mədəninin (SUBR) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, mədənçilərdən siqnal almaq mümkün olub.

Hadisə yerinə hərbiləşdirilmiş dağ-xilasetmə dəstəsinin iki bölməsi gəlib. Xilasetmə işləri davam edir.

Partlayışın başvermə səbəbləri araşdırılır, yoxlamalara başlanılıb.

Qeyd edək ki, bu, Rusiyada bir həftə ərzində ikinci mədən qəzasıdır. Martın 18-də Amur vilayətində “Pioner” mədənində iş zamanı qaya uçqunu baş verib. Nəticədə 13 podratçı mədəndə qalıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi onlardan siqnal ala bimədiyini bildirib. Axtarışlar davam edir.

Bu gün mədənin su altında qaldığı öyrənilib.

“Quyu vasitəsilə aparılan kəşfiyyat 153 m dərinlikdə su olduğunu göstərdi. Çox güman ki, mədənin qalan hissələri də su altında qalıb”, - deyə əməliyyat xidmətlərindən bildirilib.

Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı “iş zamanı təhlükəsizlik tələblərinin pozulması” maddəsi ilə cinayət işi açıb.

Mənbə: TASS

Top
0.11533498764038