kriminal.az
Bakı-Şamaxı yolunda qəza: Xəsarət alanlar var

Bakı-Şamaxı yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə magistral yolun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Rüfət Mirzəli oğlu Həsənov və 1956-cı il təvəllüdlü Maral Beydulla qızı Hüseynova xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.

Top
0.074566125869751