kriminal.az
Səkkiz yaşlı qızcığazın dəstəyə ehtiyacı var: Müalicəsinə pul çatmır - FOTO

Səkkiz yaşlı Müjgan ağır xəstəlikdən əziyyət çəkir.

Bu barədə Kriminal.Az-a onun anası Aidə Nəcəfzadə məlumat verib.

O bildirilib ki, övladı dörd ildir qaraciyər sirrozundan əziyyət çəkir.

“Müjganın səkkiz yaşı var, onun dörd yaşı olanda qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də elə müalicələrə, dərmanlara başlamışıq. Bu xəstəliyin müalicəsi o qədər bahadır ki, demək olar ki, əlimizdə olan hər şeyi satmışıq. Müjganın vəziyyəti bir az da pisləşsə, onun qaraciyər nəqlinə ehtiyacı olacaq”.

Aidə Nəcəfzadə övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib.

“Müjgan mənim tək övladımdır, onun müalicəsi üçün əlimdə olan hər şeyi satmışam. Qızıllarıma, dəyərli ev əşyalarıma qədər. Hazırda müalicə üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 676-13-87.

Kapital Bank: 4169 7388 9773 6975.

Top
0.078294992446899