kriminal.az
Azərbaycanda azyaşlı məktəbdən sonra yoxa çıxdı

Sumqayıtda azyaşlı itkin düşüb.

Kriminal.Az xəbər verir ki, hadisə 12-ci mikrorayon ərazisində baş verib.

Doqquz yaşlı Yasin Hüseynli məktəbdən çıxıb, lakin evə qayıtmayıb. Onun əynində məktəbli forması olub.

Azyaşlını görən və ya barəsində hər hansı məlumatı olan şəxslərdən (070) 959-90-88 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Top
0.067393064498901