kriminal.az
“AMAY” ticarət mərkəzinin binası piyadalar üçün ölüm saçır - FOTO

“AMAY” ticarət mərkəzinin binasından yenidən daş parçaları qoparaq ətrafdakılara təhlükə yaradıb.

“Qafqazinfo” bunu əks etdirən fotonu əldə edib.

Fotoda binadan qopan daş parçalarının avtomobillərin ətrafına səpələndiyini görünür. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, “AMAY”ın binasının baxımsızlığı ötən il də gündəm olmuşdu. 

Onu da əlavə edək ki, “AMAY” ticarət mərkəzində eyni zamanda vətəndaşların mütəmadi olaraq müraciət etdikləri 2 saylı ASAN xidmət və ABB-nin də filialı yerləşir.

Top
0.044066905975342