8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsindən mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
Kriminal.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
“Sürücülərdən qeyd olunan ərazidə hərəkət edərkən diqqətli olmaları və sürət həddinə əməl etmələri xahiş olunur”, - deyə NİİM-dən bildirilib.