kriminal.az
Hava xəbərdarlığının operativ çatdırılması üçün mobil tətbiq istifadəyə veriləcək - FOTO

“Azərbaycanda bir neçə ildir ki, intensiv surətdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi işləri aparılır”.

Kriminal.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzində mətbuat konfransı zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O qeyd edib ki, artıq Azərbaycanda hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilərək ən müasir avadanlıqlarla təmin edilib,  avtomatlaşdırılmış sistemə keçirilib:

“Hidrometeoroloji xəbərdarlıq, proqnoz məlumatlarının əhaliyə daha operativ çatdırılmasını təmin etmək məqsədilə meteo.az mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur”.

Nəzrin Vahid

Top
0.041661977767944