kriminal.az
Fiziki məhdudiyyətli şəxsə əlillik təyin edilmir: “Məni get-gələ salıblar” - VİDEO

Ayağından ağır xəsarət alan şəxsə əllilik dərəcəsi verilmir.

Xezerxeber.az-ın məlumatına görə, İsmayıllının Soltan kənd sakini Ceyhun Hacıyev bir il əvvəl ağır yol-nəqliyyat hadisəsinə uğrayıb.

Nəticədə də onun sağ ayağı hərəkət funksiyasını itirib. O, xeyli müddət müalicə alsa da, nəticəsi qənaətbəxş olmayıb.

Belə vəziyyətdən sonra Ceyhun Hacıyev əlillik dərəcəsi almaq üçün aidiyyəti quruma müraciət edib. Vətəndaşın sözlərinə görə, o, yenidən əlavə müayinələrə yönləndirilib və get-gələ düşüb.

Məsəslə ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Ceyhun Hacıyevə əlillik dərəcəsinin təyin olunmamasına səbəb sənədlərdə diaqnozun düzgün qeyd edilməməsidir.

Agentlikdən qeyd olunub ki, bununla bağlı Ceyhun Nağıyevə lazımi məsləhətlər verilib.

Ətraflı süjetdə:

Top
0.044254064559937