“Şuşada may ayının sonuna qədər “ASAN xidmət” mərkəzi açılacaq”.
Kriminal.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O qeyd edib ki, Xankəndi sakinləri Şuşada “ASAN xidmət” mərkəzindən yararlana biləcəklər:
“İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə dörd “ASAN xidmət” mərkəzi fəaliyyət göstərəcək. Bunlar Ağdam, Cəbrayıl, Laçın və Şuşada olacaq”.
Nəzrin Vahid