kriminal.az
Bakıda daha bir bina sökülür - VİDEO

Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən üçmərtəbəli bina sökülür. 

Xezerxeber.az-ın məlumatına görə, amma sakinlərin bəziləri ərazidə yeni bina tikəcək şirkətlə razılığa gələ bilmədiklərini iddia ediblər.

Sakinlərin sözlərinə görə, şirkət onları söküntüyə razılıq vermədiklərinə görə məhkəməyə verib.

Tikinti korporativinin hüquqşünası isə bildirib ki, sakinlərin iddiaları əsassızdır:

Digər sakinlərin hamısı razılaşaraq köçüblər. Sadəcə bir neçə ailə evləri üçün fantastik məbləğ tələb edir və mənzillərdən çıxmamaqla digər sakinlərin də hüquqlarını pozurlar”.

O da bildirilib ki, ilkin olaraq 130 sakinin köçürülməsi planlaşdırılır.

Qeyd edək ki, Bakının Nəsimi rayonu, Abbas Səhət 25 ünvanında da söküntü işləri aparılır.

Ətraflı süjetdə:

Top
0.043452978134155