Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi Xasiyev Elşən Nəzərəli oğlunun nəşi bu gün ailəsinə təhvil verilib.
Kriminal.Az xəbər verir ki, şəhidin nəşi mərhumun ailə üzvlərinin Bakı şəhərinin Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşən evinə gətirilib.
Vida mərasimdə mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidimizin qızı Xəyalə Xasiyeva Kriminal.Az-a açıqlamasında bildirib ki, atası Gəncədə Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu və 32 ildən sonra onun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Şəhidin nəşinin qalıqları vida mərasimi başa çatdıqdan sonra paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.
Könül Cəfərli