kriminal.az
Gəncə Avtomobil Zavodu gömrük qaydalarını pozdu

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi gömrük qaydalarını pozub.

İqtisadiyyat.az xəbər verir ki, buna görə də Dövlət Gömrük Komitəsi onun barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib. Protokol hakim Orxan Cəfərlinin sədrliyi ilə araşdırılacaq.

Protokol tərtib olunan maddədə deyilir ki, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilirlər.

Qeyd edək ki, "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi dövlət müəssisəsidir.

Top
0.044474124908447