kriminal.az
Məşhur türkiyəli aktyor vəfat etdi

Məşhur türkiyəli aktyor Ahmet Uğurlu 72 yaşında dünyasını dəyişib.

Ahmet Uğurlu tanınmış teatr və kino aktyoru Mustafa Uğurlunun böyük qardaşıdır.

Bir çox teatr tamaşalarında və filmlərdə rol alan sənətçi "Tabutda Rövaşata" filmindəki rolu ilə daha çox yadda qalıb.

"Eşref saatı", "Döngel Karhanesi" kimi layihələrdə iştirak edən Uğurlu son olaraq "Behzat Ç. Bir Ankara dedektifi" serialında təqaüddə olan baş komissar "Aziz" obrazını canlandırıb.

Aktyor həmçinin "Mine", "Böyük Miras", "Day day", "Avcı", "Eski fotoğraflar", "Doğum yeri Absurdistan", "Gökden düşen hazine", "Başımıza gelenler", "Bize ne oldu?", "Zorakı başkan" filmlərində rol alıb.

Mənbə: NTV.com.tr

Top
0.086292028427124