kriminal.az
Çexiyanın baş nazirindən bəyanat:

"Ukrayna Çexiya təşəbbüsü çərçivəsində hər ay on minlərlə mərmi əldə edəcək".

Bu barədə Çexiyanın Baş naziri Petr Fiala Şimali Atlantika Alyansına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl NATO-nun baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Çexiya təşəbbüsü çərçivəsində ilk sursat tədarükünü Ukrayna yaxın günlərdə alacaq. Yüz minlərlə mərmi bu ilin sonuna qədər tədarük ediləcək. Hər ay bu təşəbbüs çərçivəsində Ukraynaya on minlərlə mərmi veriləcək", - deyə baş nazir bildirib.

Mənbə: TASS

Top
0.11755394935608