Yaponiyada parlament naməlum uçan obyektlər (UNO) və naməlum hava hadisələri ilə bağlı partiyalararası komissiya yaradacaq.
Məlumata görə, qeyri-adi naməlum hadisələri araşdırmaq üçün deputatlar federasiyası rəsmən iyunun 6-da yaradılacaq. Bu tədbirin təhlükəsizliyi təmin etmək üçün zəruri olduğu vurğulanıb.
"Onlar hökumətdən mütəxəssisləri birləşdirəcək xüsusi bir orqan yaratmağı tələb edəcəklər, çünki naməlum hadisələr digər dövlətlərin gizli silahı olduğu təqdirdə, bu, Yaponiya üçün təhlükə yarada bilər", - deyə mənbədən vurğulanıb.
Deputatların məsələyə ciddi yanaşdığı vurğulanır. Federasiyanın rəhbəri keçmiş müdafiə naziri Yasukadzu Hamada olacaq, spiker isə keçmiş ətraf mühit naziri, keçmiş baş nazir Cuniçiro Koyzuminin oğlu Sindziro olacaq.
Mənbə: Kyodo