ABŞ-də vəhşi heyvanlarla bağlı ciddi problem mövcuddur. Bu onunla bağlıdır ki, Kanadaya artıq zərər verən vəhşi "superdonuzlar" indi ilk dəfə sərhədi keçərək Amerika qitəsinin şimalında məskunlaşmağa çalışırlar.
ABŞ uzun müddətdir ki, normal vəhşi donuzların evi olub, indi onların sayı 6,9 milyon təşkil edir və əsasən cənub ştatlarında cəmləşiblər.
İnsanlar üçün çöl donuzları ilə bağlı vəziyyət əsl başağrısına çevrilib.
Qeyd olunub ki, superdonuzlar indi ABŞ-ni işğal etmək ərəfəsindədirlər.
Kanadanın Saskaçevan Universitetinin alimləri aşkar ediblər ki, superdonuzlar hər il ərazilərini 9%-ə qədər genişləndirir və ətraf mühit və kənd təsərrüfatının məhvinə səbəb olurlar.
Superdonuzlar 1980-ci illərin sonunda ortaya çıxıblar. O zaman Avrasiya çöl donuzu ovçuluq üçün gətirilib, lakin bəzi heyvanlar təbiətə buraxılıblar.
Onlar ev donuzları ilə cütləşərək, ekoloji fövqəlgücə çevriliblər. Onlar həddindən artıq soyuğa dözümlülük, böyük bədən ölçüsü və yüksək artım sürəti ilə seçilirlər və asanlıqla yeni yaşayış mühitinə uyğunlaşırlar.
Mənbə: New Atlas