kriminal.az
Trampın oğlu atasının həbs olunma ehtimalından danışıb

"Trump Organization"un maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirli bilinən ABŞ-nin keçmiş prezidenti Donald Tramp, həqiqətən də, həbsə düşə bilər".

Bunu sabiq prezidentin oğlu kiçik Donald Tramp jurnalist Taker Karlsona verdiyi müsahibədə etiraf edib.

Onun sözlərinə görə, hökmün iyulun 11-də, Respublika Partiyasının qurultayına dörd gün qalmış elan edilməsi qərarı təsadüfən verilməyib.

"İnanıram ki, onlar atamı həbs etməyə çalışacaqlar", - Trampın oğlu bildirib.

Kiçik Tramp atasına qarşı işin siyasi motivli olduğuna əmin olduğunu, Demokratlar Partiyası ABŞ-nin hazırkı Prezidenti Co Baydenin qarşıdan gələn seçkidə rəqibi ilə belə davranmağa çalışdığını deyib.

Mənbə: News.ru

Top
0.10131692886353