Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində qayığın çevrilməsi nəticəsində azı 20 nəfər həlak olub.
Məlumatı "Taliban" hökumətinin İnformasiya və Mədəniyyət Departamentinin əyalət üzrə nümayəndəsi də təsdiq edib.
Ölənlər arasında qadınlar və uşaqların da olduğu bildirib.
Qeyd olunub ki, hadisə yerinə həkim briqadası və təcili yardım maşınları göndərilib.
Mənbə: ABC News