kriminal.az
İranda qadın prezident seçkisində namizədliyini irəli sürdü

İran İslam Respublikasında prezident seçkisində ilk qadın namizədliyini irəli sürüb.

"Azad İran" "Telegram" kanalı İran KİV-nə istinadən xəbər verir ki, bu gün İran parlamentinin üzvü Zöhrə İlahian növbədənkənar keçirilən 14-cü prezident seçkisində qeydiyyatdan keçib.

Məlumata görə, İran Daxili İşlər Nazirliyi yanında Mərkəzi Seçki Qərargahında qeydiyyatdan keçən millət vəkili Zöhrə İlahian öz namizədliyini irəli sürən ilk qadın olub.

Top
0.0887770652771