Ukraynanın Zakarpatya vilayətində hərbi komissarlıq əməkdaşları ölkədə elan olunmuş hərbi vəziyyət çərçivəsində bir qrup krişnaidi saxlayıblar.
Yerli media iddia edib ki, bu qrupdan olan kişilərin məcburi səfərbər edilməsi ictimai qınağa səbəb olub.
Bildirilib ki, krişnaidlər Mukaçevo bölgəsində küçədə saxlanılıblar. Sosial şəbəkələrdə yayılan videolara görə, göy qurşağı rənglərində paltarlar geyinmiş kişi və qadınlar polis əməkdaşlarının müşayiət etdiyi hərbi komissarların rəsmi nəqliyyat vasitəsinin hərəkətinə mane olmağa çalışıblar. Dindarlar təhlükəsizlik qüvvələri ilə mübahisə edərək onları qovmağa cəhd ediblər.
Lakin dinc aksiya hərbi komissarları dayandıra bilməyib, bir qrup kişi saxlanılaraq çağırış məntəqəsinə aparılıb. Hərbi Komissarlığa gətirilənlər mahnı oxumağa və rəqs etməyə davam ediblər.
Qalmaqal fonunda Ukrayna İnsan Hüquqları üzrə Helsinki İttifaqından bildirilib ki, müharibə zamanı dini səbəblərə görə hərbi xidmətdən imtina etmək mümkün deyil. Qeyd edilib ki, hətta səfərbərliyə cəlb olunan vətəndaş qərara məhkəmədə etiraz etməyə cəhd etsə belə, alternativ xidmət üçün icazə əldə etməyəcək.
Ukraynada krişnaidlər səfərbər olundular: Qalmaqal yarandı
Mənbə: MK.ru