Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilib.
Kriminal.Az xəbər verir ki, D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında baş tutub.
Hamburq şəhərində gerçəkləşən qarşılaşmada "narıncılar" 2:1 hesabı ilə qələbə qazanıblar.
Görüşdə hesabı Polşa yığması açıb. 16-cı dəqiqədə Adam Buksa fərqlənib. İlk yarım saatın tamamına bir dəqiqə qalmış Kodi Qakpo "status-kvo"nu bərpa edib. Oyunun yekun nəticəsini isə final fitinə yeddi dəqiqə qalmış adını tabloya yazdıran Vaut Veqhorst müəyyənləşdirib.
Almaniyada keçirilən futbol üzrə Avropa Çempionatında D qrupunda çıxış edən Polşa və Niderland milliləri qarşılaşırlar.
Kriminal.Az xəbər verir ki, matç Hamburqdakı "Volksparkstadion" stadionunda oynanılır.
Bu qrupda həmçinin Avstriya və Fransa da yer alır.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-dək davam edəcək. Hazırkı Avropa çempionu İtaliya komandasıdır.
AVRO-2024: Niderland Polşaya qalib gəldi