kriminal.az
Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında gümüş medal qazanıb

Albaniyanın paytaxtı Tiranada taekvondo üzrə klublararası Avropa çempionatı keçirilib.

Kriminal.Az xəbər verir ki, bu barədə Taekvondo Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışda Azərbaycanın "Alpman" klubunun idmançısı fəxri kürsüyə yüksəlib.

46 kiloqram çəki dərəcəsində mübarizə aparan Səlimə Quliyeva turniri gümüş medalla başa vurub.

Millimizin də şərəfini qoruyan taekvondoçu 1/8 finalda Maria Maqdalini Mitiliniounu (Yunanıstan) 2:0 hesabı ilə məğlub edib. O, ardınca Eşli Laytfuta (Böyük Britaniya) da eyni hesabla qalib gəlib. Quliyeva yarımfinalda Lilli Ettelbryuka (Almaniya) da gücünü göstərib – 2:0.

İdmançı finalda türkiyəli Nazlı Kesginlə qarşılaşıb. Gərgin keçən döyüş rəqibin xeyrinə (2:0) yekunlaşıb.

Top
0.170077085495