kriminal.az
ABŞ çempionatında 157 km/saat sürətlə uçan top rəqibin qolunu sındırdı

"Los-Anceles Dodcers" beysbol komandasının oyunçusu Muki Bettsin Yüksək Baketbol Liqasında (MLB) "Kanzas Siti" ilə oyun zamanı qolu sınıb.

O, "Kanzas"ın oyunçusu Den Altavillanın ötürməsini dəf etməyə hazırlaşarkən təxminən 157 km/saat sürətlə hərəkət edən top Bettsin sol biləyinə dəyib və o dərhal yıxılıb.

Oyundan sonra "Dodcers"in baş məşqçisi Deyv Roberts Bettsin əlində sınıq olduğunu, lakin əməliyyata ehtiyac olmadığını söyləyib.

Klub ümid edir ki, oyunçu bu mövsüm meydana qayıdacaq.

Qeyd edək ki, MLB-nin müntəzəm mövsümü martın 20-də başlayıb və sentyabrın 29-da başa çatacaq. 31 yaşlı Betts "Dodcers"in aparıcı oyunçularından biridir, o, ikiqat MLB çempionu olub və bir çox şəxsi liqa mükafatları var.

Mənbə: Championat

Top
0.16214990615845