"Düşünürəm ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq".
Kriminal.Az xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasının nəticəsi haqda fikirlərini bildirərkən deyib.
Mütəxəssis I təsnifat mərhələsində qarşılşacaqları "Şerif" klubunun (Moldova) tanış rəqib olduğunu söyləyib: "Avrokuboklarda 3 dəfə "Qarabağ"la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm".