Sadəliyi ilə daim diqqət mərkəzinə düşən Nqolu Kante bu dəfə də futbolsevərlərin üzündə gülüşə səbəb olub.
Kriminal.Az xəbər verir ki, Fransa millisinin futbolçusu ötən gecə Avstriya seçməsi ilə keçirilən görüşün ən yaxşı futbolçusu seçilib.
Məhz bundan sonra Kanteyə mükafat verilib və selfi çəkməli olduğunu izah etməyə çalışsalar da, ilk olaraq futbolçu nə baş verdiyini anlamayıb. Daha sonra isə Nqolo Kante şəkil çəkərək gülümsəyib.
Qeyd edək ki, Fransa Avstriya ilə görüşdə 1:0 hesablı qələbəyə sevinib.